“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu
İnnovasiya və sürət lideri “Bakcell” “Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” çərçivəsində “Ən uğurlu rebrendinq layihəsi” üzrə mükafata layiq görülüb. Bu nominasiyada brendin strateji mövqeyi ilə vizual təqdimatı arasında ardıcıl və güclü əlaqə qurmaq bacarığı qiymətləndirilir. “Bakcell” yeni brend kimliyi vasitəsilə innovativ yanaşmasını və inkişaf strategiyasını uğurla nümayiş etdirib.
“Bakcell”in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanı aparılan strateji və vizual yeniliklər bu mükafata layiq görülməsində mühüm rol oynayıb. Xatırladaq ki, şirkətin yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi ilə “Bakcell”in insanları, məkanları və dəyərləri birləşdirən fəlsəfəsini, həmçinin rəqəmsal gələcəyə doğru sürətlə irəliləyişini simvolizə edir.
Qeyd edək ki, 2–3 may tarixlərində Azərbaycanda keçirilən “Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” yaradıcı sənayenin inkişafına dəstək məqsədi daşıyaraq, yerli və xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











