AZ

Süni intellekt dövründə PR və şəxsi brendinq mövzusunda təlim keçirilib!

c154ea88d66e3ac373ed49fc94cd3c55.jpg
10.09.2026 12:00

Sentyabrın 3-ü “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc PR” layihəsi çərçivəsində gənclər üçün “Süni intellekt dövründə PR və şəxsi brendinq” mövzusunda təlim baş tutub.

 

Təlimin spikeri PR Point Baku-nun PR və Marketinq meneceri, şəxsi brendinq üzrə mentor Yazgül Səfərova olub.

 

Görüş zamanı müasir PR yanaşmaları, media ilə kommunikasiya, şəxsi brendinq, böhran kommunikasiyası və süni intellektin kommunikasiya sahəsinə təsiri müzakirə edilib.

 

Yazgül Səfərova süni intellekt alətlərinin PR proseslərini sürətləndirdiyini, lakin etibar, düzgün mövqelənmə və insan yanaşmasının əsas rolunu qoruduğunu vurğulayıb.

 

Təlimin praktiki hissəsində iştirakçılar qruplara bölünərək deepfake materialın yaratdığı reputasiya böhranı üzərində işləyib və fərqli auditoriyalar üçün kommunikasiya həlləri hazırlayıblar.

 

Təlimin məqsədi gənclərin PR və şəxsi brendinq sahəsində biliklərini artırmaq, onları real kommunikasiya situasiyaları üzərindən düşünməyə və süni intellekt alətlərindən daha məqsədyönlü istifadə etməyə təşviq etmək olub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox