Gənclərin əmək bazarına hazırlanmasına Batıgöz klinikalarından dəstək
“Medco Hospital Group” (Batıgöz klinikaları) tələbələr və karyerasına yeni başlayan gənclərin inkişafını dəstəkləyir.
Qurumumuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi ilə davamlı əməkdaşlıq edərək, işəgötürənlərə yaradılan imkanlardan istifadə edir və işsiz vətəndaşların işə cəlb edilməsinə dəstək olur. Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində, karyera sərgilərində aktiv iştirak edirik, gənc mütəxəssislər üçün müxtəlif sahələr üzrə peşə hazırlığı, təcrübə programları təşkil edirik. Medco hospital group-un İnsan resursları direktoru Sona Adılının təşkilatçılığı ilə insan resurslarının idarəedilməsi, mühasibatlıq, marketinq və müştəri əlaqələri sahələri üzrə uğurlu təcrübə programları keçirilmiş və imtahan nəticələri yüksək olan namizədlər işə qəbul edilmişdir. Təcrübə proqramı çərçivəsində təcrübəçilər həm baş ofisdə həm də Batıgöz klinikası şəbəkələrində (Vision Clinic, Biovista hospital, Avicenna klinikası, Bakıgöz klinikası) gündəlik iş proseslərinə qoşularaq nəzəri biliklərini real iş mühitində tətbiq etmək, müvafiq sahələrin iş prinsiplərini yaxından öyrənmək və peşəkar komandalarla birgə çalışmaq imkanı əldə ediblər.
Medco Hospital Group-da təcrübə programını uğurla başa vuran gənclərlə Qrupun rəhbəri Baş icraçı direktoru Tural Kərimovun iştirakı ilə yekun görüş keçirilib. Görüşdə təcrübəçilərin keçdiyi inkişaf yolu və qazandıqları təcrübə xüsusi vurğulanıb və təcrübəçilərə rəhbərlik tərəfindən iştirakçı sertifikatları təqdim olunub.
Gənclərin əmək bazarına hazırlanması, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, real iş mühitində peşəkar təcrübə qazanmaları məqsədilə həyata keçirilən təcrübə proqramları gənclər üçün karyera inkişafı baxımdan çox faydalıdır. Müəssisəmiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi tərəfindən gənclərin inkişafına yönəlik təşkil edilən proqramları yüksək qiymətləndirir və aktiv olaraq əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırır.
Elm bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















