AZ

Bosch məhsul tanıma xüsusiyyəti olan ağıllı soyuducu təqdim etdi

acf71ee6cb6f7eb1852bc53648d292b9.jpg
10.01.2020 16:55

İnternetə çıxışı olan ağıllı soyuducular məişət cihazları bazarında artıq  rast gəlinsə də, başqa bir yenilik də təqdim edilib. TED.az xəbər verir ki, “Bosch” faydalı məişət cihazını Wi-Fi modulu ilə təchiz etməklə  kifayətlənməyib. “Home Connect Fridge” adlı yenilik, məhsulları real vaxt rejimində izləmə funksiyası ilə fərqlənir. Cihaz tərkibini təhlil etdikdən sonra  sahiblərinə mövcud ərzaqlar əsasında resept təqdim edəcək.

 

 

Soyuducu  “Chefling” tətbiqi alqoritmlərə əsaslanır. Model iki rəqəmsal kamera ilə təchiz olunmuşdur, onlardan biri soyuducunun əsas məkanına, ikincisi - qapının üstündəki  rəfə nəzarət edir.

 

İstəsəniz, şəbəkədən əlavə reseptlər yükləyərək, proqramın kulinariya kataloqunu genişləndirə bilərsiniz.

 

 

Avropada artıq soyuducunun satışına başlanıb.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox