AZ

NASA Baykal gölündəki müəmmalı buz disklərinin sirrini açdı

d1a210a44fa52cafa6a729459a9e195b.jpg
15.02.2020 20:48

Rusiyanın Sibir bölgəsində yerləşən Baykal gölündəki qəribə formalı buz kütlələrinin necə yarandığı ortaya çıxıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni araşdırma gölün bütün sirlərini çözməsə də, disk formalı buz kütlələrinin müəmmasını aydınlığa qovuşdurub.


25-40 milyon yaşlı, dünyanın ən qədim göllərindən sayılan Baykal 1642 metr dərinliyə sahibdir. Planetin ən böyük şirin su ehtiyatını özündə cəmləşdirən su hövzəsinin suyu yayda 16 dərəcə selsiyə qədər qızır. Yanvar-may aylarında isə 0,5-1,4 metr qalınlığında buzla örtülür. Bəzi sahələrdə isə buz qabararaq 2 metr qalınlıqda ola bilir. 


Gölün üzərində qış aylarında yaranan buz diskləri o qədər böyükdür ki, kosmosdan da görünür. Bu dairələrin sirri NASA araşdırmaçılarının köməyilə açılıb. 


Peyklərdən və gölə yerləşdirilimiş sensorlardan toplanan məlumatlar donmuş səthin altında isti axınların saat istiqamətində hərəkət etdiyini aşkara çıxarıb. Axının gücü mərkəzə doğru getdikcə zəifldiyindən bu ərazidə buz qatı qalır, ancaq axının kənarlarında isə əriyir. Beləcə, sadəcə yuxarıdan görünən maraqlı formalar ortaya çıxır. Dərinlikdə yaranan isti su axınlarının yaranma səbəbi isə hələlik öz müəmmasını qoruyur. Mövcud məlumatlar isə bunda çaylardan gələn suyun və küləyin rolu ola biləcəyini göstərir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox