“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Londonda üçüncü “YAŞAT” yay məktəbi başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir.
Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkan yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
İyulun 20-dən avqustun 3-dək davam edəcək “YAŞAT” yay məktəbi London Universitet Kollecində təşkil olunub. Proqram müddətində iştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərində iştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərə maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.
“Bakcell” bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyada innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına yönəlmiş sosial layihələrə dəstək şirkətin əsas prioritetlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
TED + bölməsindən digər xəbərlər
Honda Yeni Mini Elektrikli Avtomobilini Elan Edib: N-ONE e


Nothing Ear 3 təqdim olunur


Ford Focus tarixə çevrilir


iPhone Air gözlənilən uğura nail oldumu?


AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

iPhone Air əyilə bilərmi?


iPhone Air və Galaxy S25 Edge müqayisə edildi!


Facebook-un yeni funksiyası narazılıqla qarşılanıb


Tesla köhnə modellərini unutmadı!


Bu ölkə AI naziri təyin etdi!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Windows-da SSD probleminin mənbəyi müəyyən edildi!


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


Google AI Plus paketini buraxdı!


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Yeni Apple Saatları Sağlamlıqda Fərqlilik Yaradacaq


Yeni Android Auto yeniləməsi çox da qənaətbəxş deyildi


Togg öz süni intellekt platforması Can.ai-ni işə salır


Galaxy S24 üçün yeni One UI 8 Beta buraxıldı!


iPhone 17 Pro Apple M4 MacBook Pro-dan daha sürətlidir


Tesla gözlənilməz zərbə aldı!


Google Gemini çox tələb olunan yeniliyi təqdim edir


Beats iPhone 17 aksesuarlarını təqdim etdi


Həftənin ən çox oxunanları
iOS 26 RC çıxdı!


Google Gemini çox tələb olunan yeniliyi təqdim edir


iPhone 17 Pro Apple M4 MacBook Pro-dan daha sürətlidir


iPhone 17 və iPhone 16 müqayisə edildi!


Togg öz süni intellekt platforması Can.ai-ni işə salır


Beats iPhone 17 aksesuarlarını təqdim etdi


Tesla gözlənilməz zərbə aldı!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Yeni Android Auto yeniləməsi çox da qənaətbəxş deyildi


Galaxy S24 üçün yeni One UI 8 Beta buraxıldı!

