Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediya ilə bağlı diqqətçəkən hadisə baş verib. Platformanın həmtəsisçilərindən biri hesab edilən Larri Sanger Vikipediyada redaktə etmək hüququndan qeyri-müəyyən müddətə məhrum edildiyini açıqlayıb.
Sanger bildirib ki, bloklanma qərarı ona əvvəlcədən izah edilməyib və proses zamanı hər hansı rəsmi müdafiə və ya apellyasiya imkanı təqdim olunmayıb. Onun sözlərinə görə, qərar platformanın könüllü redaktorları tərəfindən qəbul edilib.
Məlumata görə, hadisədən əvvəl Larri Sanger Vikipediyada fikir müxtəlifliyinin və ideoloji balansın gücləndirilməsini təşviq edən təşəbbüslə çıxış etmişdi. O, ensiklopediyanın ilkin prinsiplərinə – neytrallıq, şəffaflıq və müxtəlif baxışların təmsil olunmasına daha çox diqqət ayrılmasının vacibliyini vurğulayırdı.
Qərardan sonra Vikipediyanın digər həmtəsisçisi olan Jimmy Wales qısa müddət ərzində məsələyə müdaxilə etsə də, Sanger sonradan yenidən qeyri-müəyyən müddətə bloklanıb.
Qeyd edək ki, Larri Sanger 2001-ci ildə Vikipediyanın yaradılmasında iştirak edib və layihənin ilk qaydalarının formalaşdırılmasında mühüm rol oynayıb. Son illərdə isə o, platformada ideoloji qərəzliliklə bağlı müxtəlif tənqidlər səsləndirib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qrup istifadəçi qərarı dəstəkləsə də, digərləri Vikipediyanın həmtəsisçisinin belə bir formada bloklanmasını söz və fikir plüralizmi baxımından mübahisəli addım kimi qiymətləndirirlər.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












