AZ

“Samsung” 64 meqapiksellik mobil kamera istehsal edəcək

a2c2298f2dfecf6c795bfb9de05b82e9.jpg
10.05.2019 12:31

Cənubi Koreya nəhəngi adlandırılan “Samsung” şirkəti 2019-cu ilin ikinci yarısından 64 meqapiksel mobil kamera istehsal edəcəyini bildirib. ISOCELL Bright GW1 mozaika alqoritmi sayəsində zəif işıqlı məkanda 4 meqapikseli bir meqapiksel kimi istifadə edərək 16 meqapikseldə dolğun rəng və aydın görüntü verən şəkillər çəkəcək. İşıqlı məkanda isə 64 Mp ölçüsündə şəkillər çəkəcək. Bununla yanaşı, ISOCELL Bright GW1 yüksək dinamik məsafəyə (HDR) də sahib olacaq. İnsan gözü 120 dB dinamik aralığı gördükdə standart bir kamera sensoru 60dB məsafəni təmin edir. Samsung ISOCELL Bright GW1 isə 100 dB geniş dinamik məsafə ilə istehsal ediləcək. Şirkət artıq ISOCELL Bright GW1 64MP və 0,8 mikrometr ölçülərində foto modeli nümayiş etdirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox