Bu portalla ehtiyacı olanlara yardım edə bilərsiniz - Yardimci.az
"Yardimci.az portalı mart ayının 27-də 2 fərdi təşəbbüskar şəxsin sosial məsuliyyətlilik çərçivəsində başlatdığı kampaniyadır. Layihə heç bir fərdin, dövlət və ya özəl qurumların birbaşa rəhbərliyi altında yaradılmayıb. Bu layihə Azərbaycan vətəndaşlarının bir-birinə vasitəçi olmadan onlayn yardım göstərməsi üçün fəaliyyət göstərir. Hədəf imkanlı vətəndaşların könüllülük əsasında imkansızlara birbaşa yardım göstərməsidir. Bu prosesdə dövlət və özəl qurumlar yalnız texniki tərəfdaş kimi iştirak edir".
Bu barədə TED.az-a layihənin təşəbbüskarlarından biri Elvin Abbasov deyib.
Elvin Abbasov bildirib ki, xeyriyyəçi və ya imkanlı şəxslər istənilən bank kartları vasitəsilə "İanə et" bölməsinə klik edib, zənbil sayı seçərək ianə edir: "Yardım ərzaq zənbili formasında olunur. Zənbilin qiyməti standartdır. İanə edən şəxs istənilən sayda zənbil ianə edə bilər. Qeyd edim ki, ianənin dəyərini zənbilin sayı müəyyən edir. Məsələn, bir zənbilin qiyməti 6 manat 70 qəpikdir. Burada ödəniş edib 5,10,15 və s. sayda ailələrə yardım etmək olar. Ödəmə üsulu “Split Payments” ödəmə üsulu vasitəsilə həyata keçirilir. Ödəmə zamanı bank heç bir xidmət haqqı tutmur. Heç kim Yardimci.az portalına birbaşa pul və ya digər yardımlar edə bilməz. Layihə nə alınıb-satılır, nə də qazanc məqsədilə fəaliyyət göstərir. Layihədə işləyənlər öz maddi imkanları hesabına və könüllülük prinsipi ilə fəaliyyət göstərir. Yardimci.az portalında yalnız yardım edən və yardım alanın ünsiyyəti təmin edilir. Yardımçı layihəsinin heç bir sosial şəbəkədə rəsmi hesabı, qrupu, səhifəsi yoxdur, və olmayacaqdır. Yardımçı adı ilə sosial şəbəkədə açılan qrupa, səhifəyə və hesaba görə yardimci.az məsuliyyət daşımır. Bu layihə adı altında dələduzluq edən, yalan məlumat yayan, təxribat edən hansısa şəxs müəyyən olunduqda hüquq-mühafizə orqanlarına məlumat veriləcək".
Elvin Abbasov qeyd edib ki, yardım paketləri könüllülər vasitəsilə aztəminatlı ailələrə çatdırılır: "Layihədə fəaliyyət göstərən könüllülərə yardım apararkən və təhvil verərkən hansısa video və foto çəkilişlərinin aparılması tövsiyə olunmur. Ümumi olaraq 2884 yardım zənbili toplanıb. Layihəyə 774 market şəbəkəsi qoşulub. Hazırda layihədə 328 könüllü iştirak edir. İanə almaq istəyən aztəminatlı ailələr haqqında məlumatı saytda olan müvafiq bölməyə ya onların özü, ya da aztəminatlı ailələr haqqında məlumatı olan bəzi qurumlar daxil edir. Könüllülər də saytda qeydiyyatdan keçərkən onların yaxın olduqları ərazilərdə ehtiyacı olan ailələrin ünvanını götürür, və bu ailələrə yardım çatdırır. Könüllü aztəminatlı ailələrə yardım etdikdən sonra həmin şəxsin FİN kodunu sistemə daxil edir".
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Tesla böyük bir şokla üzləşə bilər!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
Google Gemini 3 Flash təqdim edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

