AZ

Ərzaq yardımı üçün onlayn necə və hara müraciət etməli? – Dəstək olmaq və kömək almaq qaydaları

9cf9683547043bdc0d77ff6324b24fb4.jpg
22.04.2020 17:52

Koronavirus pandemiyasından sonra əksər müəssisələrin fəaliyyətini dayandırması insanların sosial vəziyyətinin pisləşməsinə səbəb olub. Dövlət səviyyəsində əhaliyə müəyyən yardımlar olunsa da, müxtəlif təşkilatlar da onlayn yolla insanlara ərzaq yardımı etmək üçün portallar yaradıblar. Bu portallar vasitəsilə qeydiyyatdan keçərək  kömək etmək, həmçinin yardım almaq mümkündür.

 

Necə əlaqə yaratmalı?

 

 

 

TED.az xəbər verir ki, Bizbirlikdegucluyuk.az portalı Heydər Əliyev Fondunun və Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Portal məlumat və qeydiyyat bölmələrindən ibarətdir. Qeydiyyat bölməsi “Yardım alanlar” və “Xeyriyyəçilər” üçün nəzərdə tutulub. Aztəminatlı və digər həssas kategoriyadan olan ailələr “Yardım alanlar” bölməsində, yardım göstərmək istəyən hüquqi və ya fiziki şəsxlər isə “Xeyriyyəçilər” bölməsində qeydiyyatdan keçməlidirlər. Yardım almaq istəyən şəxs “Daxil ol” menyusu vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat FİN və mobil telefon nömrəsi vasitəsilə həyata keçirilir. Əgər qeydiyyat Əlaqələndirici şəxs vasitəsilə həyata keçirilirsə, onun da mobil telefon və FİN nömrəsi daxil edilir.

 

 

 

Sistemə daxil olduqdan sonra Yardım alan və onun ailə üzvləri haqqında məlumatlar daxil edirilir. Qeydiyyat zamanı qeydiyyatı aparan şəxsin ailə üzvlərindən birinin olması və ya əlaqələndirici şəxs olması seçilməlidir. Məlumatlar Əlaqələndirici şəxs tərəfindən daxil edildiyi halda “Məlumatlar əlaqələndirici şəxs tərəfindən doldurulur” seçimi qeyd olunur və onun rekvizitləri (mobil telefon nömrəsi, S.A.A. və s.) daxil edilir. Qeydiyyat zamanı Yardım alanın telefon nömrəsinə göndəriləcək təsadüfi generasiya olunmuş 4-6-rəqəmli kod ilə qeydiyyat prosesesi tamamlanmış olur. ərzaq ehtiyacı olan aztəminatlı insanlar və onlara yardım etmək imkanı olan şəxslər portala onlayn qaydada, eləcə də RİİB-in “150” çağrı mərkəzinə zəng etməklə müraciət edə bilər.

 

 

 

Yardimci.az portalı isə 2 fərdi təşəbbüskar şəxsin başlatdığı kampaniyadır. Layihə Azərbaycan vətəndaşlarının bir-birinə vasitəçi olmadan onlayn yardım göstərməsi üçün fəaliyyət göstərir. Xeyriyyəçi və ya imkanlı şəxslər istənilən bank kartları vasitəsilə "İanə et" bölməsinə klik edib, zənbil sayı və məbləğ seçərək, fərdi məlumatları qeyd edərək ianə edə bilərlər. Ödəmə üsulu “Split Payments” vasitəsilə həyata keçirilir. Ödəmə zamanı heç bir bank xidmət haqqı tutmur. Heç kim Yardimci.az portalına birbaşa pul və ya digər yardımlar edə bilməz. Layihə qazanc məqsədilə fəaliyyət göstərmir.  Yardimci.az portalında yalnız yardım edən və yardım alanın ünsiyyəti təmin edilir. Yardım paketləri könüllülər vasitəsilə aztəminatlı ailələrə çatdırılır. Könüllülər də saytda qeydiyyatdan keçərkən onların yaxın olduqları ərazilərdə ehtiyacı olan ailələrin ünvanını götürür və bu ailələrə yardım çatdırır. Könüllü aztəminatlı ailələrə yardım etdikdən sonra həmin şəxsin FİN kodunu sistemə daxil edir. Layihəyə 774 market və 338 könüllü qoşulub. Şəxsin ianə etmək istədiyi məbləğ limit həddini keçirsə, müraciət əsasında limit həddi artırılır.

 

 

 

 

 

YardimEt.az xeyriyyə kampaniyası da COVİD 19 pandemiyası dövründə iş yerlərini itirmiş, sosial rifahı çox aşağı olan ailələr üçün nəzərdə tutulub. Kampaniya çərçivəsində ailələrə yalnız ərzaq və tibbi ləvazimat dəstəyi göstərilir.  "İLK Media" şirkətinin təşəbbüsü ilə yaradılan bu kampaniyada Azərbaycan, Rusiya, Amerika, Gürcüstan və digər ölkələrdən ianələr qəbul olunur. Portal vasitəsilə Azərbaycanın istənilən yerindən ianə etmək mümkündür. Bunun üçün sadəcə göstərilən kart hesabına Card to Card və ya Milli Ön terminalları vasitəsi ilə maddi dəstək göstərmək kifayətdir.

 

Toplanan ianələr və alınan məhsullar haqqında hesabat portalın rəsmi İnstagram və Facebook səhifələrində yayımlanır:

 

Bank Respublika: 4244 4873 5788 2189 

 

Kapital Bank: 4169 7332 1285 9685

 

Qeyd edilən portallar vasitəsilə minlərlə şəxs ərzaq yardımı ilə təmin olunub. Axı biz birlikdə güclüyük...

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox