AZ

Instagramda göndərdiyiniz “Follow” istəklərini necə görə bilərsiniz?

fd043e63c0ec8f3bc3e70906ce908652.png
24.05.2019 16:28

Hər keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə çevrilməkdədir. Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Bəs populyar sosial şəbəkə olan Instagramdan istifadə bacarıqlarına hər birimiz bələdikmi?

 

TED.az-ın sosial şəbəkələr haqqında bu dəfəki mövzusu Instagramın özəlliklərindən biri olan “Follow” istəklərinin geri çəkilməsi ilə bağlıdır.  Göndərdiyiniz izləmə istəklərini tapıb ləğv etmək istəyirsinizsə, bu yazı məhz sizin üçündür.

 

İnstagram azərbaycan dilində olmadığı üçün türk dilindən istifadə edəcəyik. Əvvəlcə  https://www.instagram.com/ saytına daxil olmaq lazımdır. Bu addımdan sonra hesab parametrlərindən  “Gizlilik ve Güvenlik”ə daxil olmaq lazımdır.

 

 

“Gizlilik ve Güvenlik”ə daxil olduqdan sonra “Hesab verilerini görüntüle”yə daxil oluruq.

 

 

 

 

Son addımda isə “Mevcut takip istekleri” olan hissədən “Tümünü gör”ü seçirik.

 

 


Gördüyünüz kimi, nə zaman izləmə istəyi atmağınızdan asılı olmayaraq, bütün hesabları bu yolla  istəkdən geri çəkə bilərsiniz.


 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox