AZ

“YouTube”da baxış sayını necə artırım?

7aed297d5ebe645b5d2671d3035363e5.png
31.05.2019 13:50

“YouTube”  video izləmək və yükləmək üçün ən populyar platformadır desək yanılmarıq. Bu paltforma “PayPal”da çalışan 3 nəfər tərəfindən 2005-ci ildə yaradılsa da, 2006-cı ildə  “Google” tərəfindən alınır. Platformanın populyarlığı hər keçən gün sürətlə artmağa davam edir. Məşhurlar ən yeni video yeniliklərini paylaşmaq üçün bu platformadan istifadə edirlər. Ancaq “YouTube”un üstünlüklərindən faydalananlar təkcə məşhurlar deyil. Boş zamanlarında yüklədikləri videolar ilə məşhurluğu əldə edən fərqli istifadəçilər də var. Elə bu istifadəçilərin  “YouTube” kanallarında çox sayda kontentlərinin olmasına baxmayaraq, abunəçi və baxış sayı çox azdır.

 

TED.az olaraq bu məqalədə baxış sayınının necə artırılmasına dair təkliflərimizi verəcəyik. Lakin bu təkliflərə baxmamışdan əvvəl onu qeyd etmək lazımdır ki, hədəfə çatmaq o qədər də asan olmur. Bunun bir anda baş verməsini gözləməyin. Hər işdə olduğu kimi, bu işin də əsas konsepsiyası səbrdir.

 

“YouTube”da baxış sayını artırmadan əvvəl, mövzu haqqında məlumatınızın olması faydalıdır. Nəzəri məlumatlar sistemin daha yaxşı başa düşülməsinə kömək edəcəkdir. “YouTube” hər baxış sayını “baxış sayı” kimi qeyd etmir. 30 saniyədən az baxılan videolar baxış sayı olaraq əlavə edilmir. Yalnız 30 saniyədən yuxarı izlənmə baxış sayı olaraq “+1” şəklində əks olunur. Baxış sayı 300-ə çatdıqdan sonra “YouTube” baxış prosesinə keçir. Yəni bir müddət heç bir video yükləyə bilmirsiniz. Kanal “YouTube” tərəfindən nəzərdən keçirilib, təsdiq olunduqdan sonra yeni videolarınızı əlavə edə bilərsiniz.

 

Ən çox bilinən səhvlərdən biri, davamlı olaraq səhifəni yeniləyib, baxış sayını artırmaqdır. “YouTube” bir çox digər platformalar kimi, IP üzərində qiymətləndirmələr edir. Yəni eyni bir cihazdan 100 dəfə səhifəni yeniləyib videonu izləyin, baxış sayı yenə də +1 kimi əks olunacaq.

 

  • Orijinal məzmun

İnternet dünyasında bu anlayışla tez-tez rastlaşırıq: “Orjinallıq”

Bu səbəbdən “YouTube”da videolar yerləşdirərkən, başqalarından fərqli olaraq insanlara nə kimi fayda verə biləcəyinizi düşünün.

 

  • Keyfiyyətlilik

Məzmunun orijinal olmağı vacibdir. Orjinal olduğu qədər, keyfiyyətli olmağı da vacibdir. Bir şəxs videonuza baxırsa, həqiqətən çatdırmaq istədiyiniz məlumatı ala biləcəkmi? Qalıcı izləyici kütləsi istəyirsinizsə, videonuz gərək yaxşı bir keyfiyyətdə olsun. Qısa və lokanik şəkildə, uzatmadan məlumat verməkdə də fayda var. Bu yolla daha çox baxış sayı əldə edə biləcəksiniz.

 

  • Video örtük şəkli

Adi video şəkilləri əvəzinə, diqqət cəlb edici bir örtük şəkli sınayın. Bəlkə də bütün videolarınızın məzmunu eynidır, ancaq örtük şəkli olan video bir addım qabaqda olacaq. “YouTube” baxış sayının artırılması üçün əsas addımlardan biri məhz örtük şəkillərindədir. İnsanlar videoları axtararkən bu şəkilləri ilk təəssürat kimi görürlər. Diqqəti cəlb edən bir örtük şəkli sayəsində digər videolarınızın baxış sayı da artmış olacaq.

 

  • Video başlıqları

Video örtüklü fotoşəkildən sonra ən vacib hissə video başlıqlarıdır. Videonu açmamışdan qabaq insanlar videounun başlığına baxırlar. Çalışın ki, başlıq adı maraqlı və cəlbedici olsun. Yaxşı olar ki, “sehrli sözlər”dən də istifadə edəsiniz. Bu “sehirli sözlər” insanlarda psixoloji cəhətdən təsir göstərir və bu videonu izləmək istəyirlər. Məsələn: “tam həlli” “100% real” “nəticə inanılmazdır” və.s

 

  • Video təsvirləri

Videonu çəkdikdən sonra video haqqında annotasiya çox vacibdir. Örtük fotoşəkili və videodakı başlıqdan təsirlənmiş şəxs videonu açacaq və ilk olaraq video haqqında qısa şərhə baxacaq. Video təsvirdə videoda göstərilən və ya danışdığınız  bir neçə cümlədən yaza və ya video məzmununuzu təsvir edən bəzi açar sözlərdən istifadə edə bilərsiniz. Araşdırmalara görə, kanal sahiblərinin heç bir izahat verməyən videoları başqalarına nisbətən daha az izlənilir.

 

  • Sosial media hesabları

Sosial media hesablarında hər videonuzu paylaşın. Beləliklə, kanalınız olduğunu belə bilməyən  insanlar videonuzu izləyəcəklər. Nə qədər çox paylaşım olarsa, bir o qədər də çox baxış sayı olar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox