Windows 10-un yenilənməsində bu dəyişikliklər var
Windows 10 üçün bu ilin ən böyük yenilənməsi təqdim edilib. 2004 nömrəli may ayı yenilənməsi artıq hamı üçün aktivdir və özündə bir sıra dəyişiklikliyi birləşdirir.
TED.az xəbər verir ki, onlar arasında sürətləndirilmiş axtarış alqoritmi, Tas Manager-də videokart temperatorunun monitorinqi və yenilənmiş ştat tətbiqləri var. Daha əvvəl Windows 10 May 2020 Update yalnız əməliyyat sisteminin beta test iştirakçıları üçün aktiv idi. İndi isə sözügedən yenilənməni bütün istifadəçilər yükləyə blərlər.
Bunun üçün Windows-un yenilənmə mərkəzinə daxil olub ordan sözügedən yenilənmə paketinin mövcudluğunu yoxlamalıdırlar. Əvvəlkindən fərqli olaraq 2004 nömrəli yenilənmə paketinə tam Linux nüvəsi əlavə edilib. Linux nüvəsi Linux tətbiqlərin işə salınması zamanı qrafik prosessoru da işə salır.
Cortana səsli köməkçisinin interfeysində də dəyişikliklər edilib. Bu səsli köməkçi əməliyyat sistemi daxilində ayrıca pəncərə əldə edib və istifadəçi həmin pəncərəni əsas ekranda hərəkət etdirə bilər. Həmçinin səsli köməkçi ilə dialoq pəncərəsinin dizaynı da yenilənib. Digər yeniliklər arasında "File Explorer", "Notepad", "Calculator" və "Task Manager" kimi ştat tətbiqlərinin funksional yenilənmələrini qeyd etmək olar. Bununla yanaşı. yenilənmiş Windows 10-da DirectX 12 Ultimate dəstəyi reallaşdırılıb, DirectX Raytracing 1.1 texnologiyası təkmilləşdirilib və DirectX Mesh Shader ilə WDDM 2.7 (Windows Display Driver Model) texnologiyasının dəstəyi reallaşdırılıb.
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









