Tibb işçiləri üçün “MD Reference” adlı mobil tətbiq yaradılıb
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi BMT-nin İnkişaf Proqramının dəstəyi və “Ezgil Medical Technologies” şirkətinin əməkdaşlığı ilə tibb işçilərinin istifadəsi üçün xüsusi mobil tətbiq yaradıb.
TED.az xəbər verir ki, yeni “MD Reference” mobil tədbiqin əsas vəzifəsi klinik qərarların qəbulunda həkim və orta tibb heyətinə dəstək olmaqdadır. Səhiyyə işçiləri bu tədbiqdən istifadə edərək, tibbi yardımının keyfiyyətini yüksəldib, öz praktik fəaliyyətlərinin nəticələrini daha da yaxşılaşdırmış olacaqlar. İstifadəsi olduqca rahat olan bu mobil aplikasiya həkimlər və digər səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə ən son yeniliklərdən daim xəbərdar olmalarına kömək edəcək.
Bundan başqa, “MD Reference”ın yaradıcıları tədbiqdə COVID-19 pandemiyasına həsr olunmuş xüsusi bölmə əlavə ediblər. Mobil proqramın bu bölməsində tibb işçiləri üçün olduqca vacib olan ən son məlumatlar yerləşdirilib: koronavirus infeksiyasının profilaktikası, infeksion nəzarət, dezinfeksiya, xəstəliyin diaqnostikası və müalicəsinə aid təlimatlar. Bölmə COVID-19 ilə mübarizədə gərgin əmək sərf edən tibb işçilərimiz üçün əlavə məlumat və məsləhət mənbəyi olacaq.
Qeyd edək ki, “MD Reference” mobil tədbiqi Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market) asanlıqla yüklənilə bilər. Yaxın zamanda isə tədbiq, həmçinin iOS əməliyyat sistemi ilə işləyən cihazlarda da əlçatan olacaq.
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









