BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir
Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları onlayn keçiriləcək.
Ali Məktəbdən TED.az-a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları 8-11 iyun tarixlərində baş tutacaq.
Konfransların Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunması müasir Azərbaycanın və ölkəmizin neft strategiyasının banisi olaraq onun şəxsiyyətinə hörmətin təzahürüdür.
Builki konfrans əvvəlki illərdə təşkil olunan ənənəvi konfranslardan formatına və miqyasına görə fərqlənir. Dünyada geniş yayılan Koronavirus (COVID-19) pandemiyası səbəbi ilə bu il konfransların təyin olunan vaxtda və formatda təşkili mümkün olmayıb.
8 iyunda açılışı olacaq “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” adlı konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər” mövzusuna həsr olunacaq.
8-11 iyun 2020-ci il tarixlərində “Qazıntı və bərpaolunan enerji” konfransında “Neft çıxarma və nəql etmə prosesslərində enerji qoruma texnologiyaları”, “Neft hasilatı sistemlərində ekoloji problemlər və onların həlli yolları”, “Karbohidrogen laylarının işlənməsində multidissiplinar yanaşma”, “Neft-qaz kəşfiyyatında hövzə analizi”, “Quyuların istismarının və layların işlənməsinin təkmilləşdirilməsi vasitəsilə hasilatın optimallaşdırılması”, “Bərpa olunan enerji”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz mühəndisliyi: Effektiv maliyyələşdirilmə” mövzuları müzakirə olunacaq.
“Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfrans 10-11 iyun 2020-ci il tarixlərində təşkil olunacaq.
Konfransın mövzuları “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və Kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi”dir.
Konfranslara Azərbaycanın ayrı-ayrı təhsil müəsissələri ilə yanaşı, İran, Rusiya, Gürcüstan kimi ölkələrdən də tələbə və gənc tədqiqatçılar tezislər təqdim edib.
Elm bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










