İcazə sisteminə dəyişikliklər edilib: Kimlərin icazəsi ləğv olundu? - İZAH
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib.
TED.az xəbər verir ki, dünən fəaliyyətinə icazə verilmiş bir sıra vətəndaşların icazəsi ləğv olunub.
Nazirlər Kabinetinin qərarına əsasən, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Belə ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Qərara əsasən, işçi sayının 50 faiz azaldıldığı sahələr aşağıdakılardır:
Əsas istehsalat növləri üzrə:
gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
mühəndislik və layihələndirmə xidmətləri;
qablaşdırma məhsullarının istehsalı;
daş, metal və taxta məhsullarının istehsalı;
mebel istehsalı və təmiri;
Pərakəndə və topdan satış üzrə:
zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış
məntəqələri;
tikinti materiallarının və məişət xırdavatlarının satışı
məntəqələri;
onlayn satışlar.
Məişət xidmətləri üzrə:
kimyəvi təmizləmə;
mənzillər istisna olmaqla, yaşayış binalarının
təmizlənməsi;
avtomobillərin təmiri;
avtomobil yuyulma məntəqələri;
heyvan sığınacaqları
Xüsusi xidmət növləri üzrə:
tərcümə xidmətləri;
Məişət xidmətləri üzrə:
məişət tullantılarının yığılması və utilizasiyası;
Yuxarıda göstərilən sahələrdə çalışan şəxslərin sayı ümumi işçi sayının 50 faizdən çox olmamalıdır. Bu gündən etibarən bu sahədə çalışan bir sıra vətəndaşların artıq icazəsi ləğv olunub.
Bəs icazənizin ləğv olunub-olunmadığını necə öyrənə bilərsiniz?
Bunun üçün ilk növbədə çalışdığınız müəssisəyə müraciət edib məlumat almalısınız. İkincisi isə onlayn formada my.gov.az portalında qeydiyyatdan keçib, icazənizin olub-olmadığına baxa bilərsiniz.
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə icazə sisteminə edilən digər dəyişiklik isə vətəndaşların evdən çıxma qaydaları ilə bağlıdır.
Dəyişikliyə əsasən vətəndaşlar evdən çıxmaq üçün 8103 SMS sistemilə bərabər "E-TƏBİB" mobil tətbiqindən də istifadə edə bilərlər. Bunun üçün "E-TƏBİB" mobil tətbiqini telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır.
8103 SMS icazə sisteminin fəaliyyətində müəyyən dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir.
Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab verilir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









