AZ

WhatsApp Web-də qaranlıq rejim aktivləşdirildi

ee1283e59b228dca5e46ac6f806e02ba.jpg
03.07.2020 19:51

WhatsApp Web-də qaranlıq rejim, nəhayət, aktiv edilib. 


TED.az xəbər verir ki, ancaq bunun üçün WhatsApp-ın şərti var. Brauzer olaraq Google Chrome istifadə etməlisiniz. 


WhatsApp Web-i açdıqdan sonra sol menyunun sağ üst bölməsində yer alan üç nöqtəyə klikləyərək "Sazlamalar"a keçid etmək lazımdır. 


Daha sonra "Tema"ya daxil olaraq funksiya aktivləşdirilir.  


Funksiyanın çox yaxında Windows və macOS-da yer alan əsas tətbiqə də şamil olunacağı gözlənilir. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox