AZ

MÜTƏXƏSSİS: Rəqəmsal iqtisadiyyat gizli iqtisadiyyatın aradan qaldırılmasına gətirib çıxarır 

42ef0c27923022da6177f2af89695031.jpg
08.07.2020 14:55

Ekspertlərin fikrincə, postpandemiya dövründə rəqəmsal iqtisadiyyata tam şəkildə keçid, artıq zərurət hala çevrilib. Maraqlıdır, rəqəmsal iqtisadiyyatın ümumdünya inkişafa nə kimi mənfi və müsbət tərəfləri var?

 

"Azərbaycan da qlobal iqtisadiyyatın bir parçasıdır və zaman-zaman bu çağırışlara adekvat cavab vermək məcburiyyətindədir".

 

Bununla bağlı TED.az -a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, rəqəmsal iqtisadiyyatın heç bir mənfi tərəfi yoxdur: "Yeni informasiya texnologiyalarının istifadə edilməsi ilə uçotun dəqiqləşdirilməsi, hesabatlılıq imkanlarının artırılması kimi amillər iqtisadiyyatın inkişafı üçün mübarizə tədbirlərini gücləndirir. Eyni zamanda, rəqəmsal iqtisadiyyat həm dövlət, həm sahibkar, həm vətəndaş həm də biznes üçün əlverişli fəaliyyət növü hesab olunur. Rəqəmsal iqtisadiyyat müasir və innovativ həlləri özündə birləşdirən bir mexanizmdir. Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə bu istiqamətdə geri qalır. Amma nəzərə almaq lazımdır ki, bununla bağlı müəyyən bir proses gedir. Əlbəttə ki, Azərbaycan da qlobal iqtisadiyyatın bir parçasıdır və zaman-zaman bu çağırışlara adekvat cavab vermək məcburiyyətindədir. Əks halda inkişaf dinamikasından, inkişaf trendlərindən geri qala bilər. Azərbaycanda prepandemiya dövründə rəqəmsal iqtisadiyyatla bağlı strategiya da qəbul olunub. Pandemiya isə rəqəmsal iqtisadiyyata olan çağırışları daha da dərinləşdirdi. Çünki fiziki hərəkətin məhdudlaşdırılması alternativ üsul və çıxış yolları kimi rəqəmsallaşmanı ortaya qoyur".

 

"Ölkəmizdə rəqəmsal bazar zəif inkişaf edibdir. Bu özünün pandemiya zamanı bir çox məsələlərdə göstərdi. Xüsusilə də, icazələrin elektron alınması, dövlət yardım proqramlarına elektron formada müraciəti və s. məsələlərdə".

 

Mütəxəssis hesab edir ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün yerli biznes də səylərini artırmalıdır: "Doğrudur, pandemiya dövründə bu sahə üzrə nisbətən aktivlik müşahidə olunur. Amma pandemiyadan əvvəl böyük şirkətlər Azərbaycanda elektron ticarət və s. kimi rəqəmsal iqtisadiyyat parametrlərinə diqqət ayrımırdı. Çünki bu bu sahəyə tələb az idi. Azərbaycanda oturuşmuş ənənələr var. Yəni istehlakçıların böyük əksəriyyəti faktiki olaraq istehlak etdikləri məhsulları birbaşa ünsiyyət və təmasla əldə etməyə üstünlük verirdi. Yaxud da ki, ölkəmizdə rəqəmsal bazar zəif inkişaf edibdir. Bu özünün pandemiya zamanı bir çox məsələlərdə göstərdi. Xüsusilə də, icazələrin elektron alınması, dövlət yardım proqramlarına elektron formada müraciət və s. məsələlərdə. Əslində məlum oldu ki, əhalinin böyük əksəriyyətində rəqəmsal bacarıqlar çox zəifdir. Lakin qeyd etdiyim kimi, bu bir zərurətdir, çağırışdır. Hər kəs öz fəaliyyətini, hətta vətəndaş da öz bacarıqlarını bu çağırışlara uyğunlaşdırmaqla rəqəmsal iqtisadiyyatı həyat tərzinə uyğunlaşdırmalıdır. Düşünürəm ki, hazırda əlverişli fürsət yaranıbdır və hökumət bu fürsəti avantaja çevirməlidir. Azərbaycanda rəqəmsal iqtisadiyyatın genişlənməsi tətbiqi ilə bağlı həm təşviq mexanizmlərindən istifadə etməklə, həm dəstək mexanizmlərindən istifadə etməklə, eyni zamanda hüquqi bazanı təkmilləşdirməklə rəqəmsal iqtisadiyyatın inkişafını təmin etməyə çalışmalıdır".

 

"Rəqəmsal iqtisadiyyat uçotun dəqiqləşməsində və dolayısı ilə gizli iqtisadiyyatın əhatə dairəsinin azalmasına gətirib çıxarır. Bu amil özü də neft gəlirlərinin azalması fonunda prioritet istiqamətlərdən biridir", - deyə müətəxəssis əlavə edib.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox