Onlayn müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
Koronavirusun yayılmasının qarşısı almaq üçün ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən etibarən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.
TED.az xəbər verir ki, namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən müvafiq inzibati binalarından qoşulacaqlar. Namizədlər üçün onlayn müsahibələrin keçirilmə qrafiki hazırlanmış və Mərkəzin internet portalında yerləşdirilib.
Müsahibələrin 13 iyul 2020-ci il tarixindən başlanılması nəzərdə tutulur. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan (17.09.2019, 13.01.2020) əldə edə bilərlər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına uyğun olaraq xüsusi icazəsi olmayan namizədlər müsahibələrdə iştirak etmək üçün (dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə bağlı olaraq) 2 rəqəmini qeyd edib 8103 nömrəsinə SMS - məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. Müsahibədə iştirakla bağlı yaşayış yerini və olduğu yeri tərk edən namizədlərə Mərkəz tərəfindən qayıtma müddətini müəyyən edən müvafiq arayış təqdim ediləcək.
Namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.
Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Müsahibədə üzrlü səbəblərdən iştirak edə bilməyən namizədlərlə yeni müsahibələr müvafiq təsdiqedici sənəd təqdim edildikdən sonra keçirilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilə bilər. Müsahibələrin keçirilmə qrafikində dəyişikliklər olduğu halda, bu barədə Mərkəzin internet portalında məlumat yerləşdiriləcəkdir. Namizədlərə Mərkəzin internet portalını mütəmadi izləmələri tövsiyə olunur.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
Huawei Pura 90 Təqdim Edildi
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
MacBook Neo 2 iPad kimi olacaq!
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

