AZ

ChatGPT istifadəçiləri limitlərini daha tez tükədəcəklər

00986daa5cd8483bd81239924c0f0c4c.jfif
28.11.2026 15:36

“OpenAI” şirkəti GPT-6.2 süni intellekt modellərinin istifadəyə verilməsi zamanı yaranan hesablama xətasını aradan qaldırıb. Nəticədə istifadəçilərin abunə paketləri üzrə istifadə limitləri daha tez tükənəcək.

 

TED.az xəbər verir ki, bu barədə “OpenAI” şirkətinin ChatGPT və Codex məhsulları üzrə rəhbərlərindən olan Tibo Sotio (Thibault Sottiaux) “X” sosial şəbəkəsində məlumat verib.

 

Onun sözlərinə görə, GPT-6.2 Astra və GPT-6.2 Sol modellərinin istifadəsi zamanı sərf olunan resurslar sistem tərəfindən olduğundan daha az hesablanıb.

 

Xətanın aradan qaldırılmasından sonra əvvəlki həftə ilə müqayisədə GPT-6.2 Astra istifadəçiləri limitlərinə 40 faiz, GPT-6.2 Sol istifadəçiləri isə 25 faiz daha tez çatacaqlar.

 

Şirkət bildirib ki, sözügedən dəyişiklik digər süni intellekt modellərinə şamil edilmir. Həmçinin əvvəlki istifadə üzrə yaranmış fərqə görə abunəçilərdən əlavə ödəniş tələb olunmayacaq.

 

“OpenAI” yaranmış vəziyyəti kompensasiya etmək məqsədilə Go, Plus, Pro və Business abunəçilərinə istifadə limitlərini bir dəfə ödənişsiz yeniləmək imkanı təqdim edəcək.

 

Qeyd edək ki, GPT-6.2 Astra və GPT-6.2 Sol modelləri noyabrın 17-də istifadəyə verilib. Şirkətin açıqlamasına əsasən, hər iki model edilən düzəlişə baxmayaraq, əvvəlki nəsil modellərlə müqayisədə daha səmərəli işləyir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox