AZ

Çin daha bir rabitə peykini orbitə çıxarıb

8d5b4b5cc0ec36f9ddae1ad2bd2204d1.jpg
10.07.2020 19:58

Çin daha bir rabitə peyki APSTAR-6D-ni orbitə çıxarıb.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 9-da yerli vaxtla saat 20:11-də Siçanq buraxılış məntəqəsindən peyki orbitə aparan "Long March-3B" raketdaşıyıcısının buraxılışı olub.


APSTAR-6D kommersiya peykini Çin Kosmik Texnologiyalar Akademiyası ilə Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının mütəxəssisləri hazırlayıblar.


"APT Mobile SatCom" şirkəti üçün istehsal edilmiş peyk təyyarə, gəmi və avtomobillər üçün genişzolaqlı telekommunikasiya xidmətləri göstərəcək.


Qeyd edək ki, bu, "Long march" seriyasından 339-cu raketin buraxılışıdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox