AZ

AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

 

0f00fafd59e6b37f2ec9d5be5c1308fc.jpg
11.07.2020 13:16

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

 

TED.az xəbər verir ki, AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

 

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox