Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi
Bu gün Azərbaycan Təhsil Jurnalistləri Birliyinin (TJB) təşkilatçılığı ilə “Pandemiya dövründə təhsil” mövzusunda onlayn konfrans keçirilib.
TED.az xəbər verir ki, adıçəkilən konfrans həm də yeni yaradılan Azərbaycan Təhsil Jurnalistləri Birliyinin üzvlərinin ictimaiyyətlə ilk görüşü kimi də yadda qalıb.
Onlayn konfransa Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, katibi İlqar Oruclu, deputat Etibar Əliyev və nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov da qatılıb.
TJB üzvü olan jurnalistlərin bir qismi onlayn konfransa qatılaraq qonaqlarla birlikdə pandemiya dövrünün təhsil durumunu müzakirə ediblər.
Ş.Əsgərov pandemiyanın dünya təhsilinə olan təsirlərinə toxunmaqla yanaşı, təhsilin dayanıqlığına yönəlik atılan addımları vurğulayıb, bu əsnada dünya təcrübəsindən misallar gətirib.
E.Əliyev də mövcud problemlərə baxmayaraq, Azərbaycan təhsilinin pandemiya sınağından layiqincə çıxdığını xatırladıb, dövlət tərəfindən bu istiqamətdə atılan addımları, təmsilçisi olduğu Milli Məclisdə aparılan müzakirə və verilən qərarları qeyd edib.
O, yeni çapdan çıxan “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabından müzakirədə iştirk edən jurnalistlərə hədiyyə edəcəyini bildirib.
C.Valehov pandemiya dövründəki təhsili dəyərləndirməklə bərabər, sosial medianın bu istiqamətdəki dəstəyindən də söz açıb.
İ.Oruclu pandemiya dövrünün dünya təhsili ilə Azərbaycan tədris vəziyyətini faktlarla müqayisə edib və ölkə təhsilinin bu sınaqdan üzüağ çıxdığını xatırladıb.
Daha sonra müzakirəyə qoşulan və ayrı-ayrı media qurumlarını təmsil edin TJB üzvlərinin sualları qonaqlar tərəfindən cavablandırılıb.
TJB-nin təsisçisi Elşad Eyvazlı müzakirə iştirakçılarına təşəkkürünü bildirib və bu tiplu konfransların davamlı olacağını vurğulayıb.
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










