AZ

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları ötdü

02dead5788e7e6ef5450c02b2ad34fcf.jpg
13.07.2020 16:48

Azərbaycanda daha 529 nəfər COVID-19-a yoluxub, 547 nəfər sağalıb, 7-i isə vəfat edib

 

TED.az xəbər verir ki, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015, ötən müddət ərzində isə ümumilikdə 576 249 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox