AZ

iPhone satışları zamanı bu aksesuarlar telefonla birgə verilməyəcək

 

7aba11deac7cbe7e8f391d6d4e1e6fd8.jpg
15.07.2020 10:50

Apple iPhone satışları ilə bağlı yeni qərar verib. 

 

TED.az bildirir ki, qərara görə iPhone 12 seriyalı yeni alınmış telefonların qutusundan enerji naqili və telefondan başqa bir şey çıxmayacaq. Şirkət qulaqlıq və adapter almaq istəyənlərin bunun üçün əlavə ödəniş etməli olduğunu vurğulayıb. 

 

Bildirilib ki, qeyd edilən aksesuarları ləğv etməzdən öncə Apple istifadəçilər arasında sorğu keçirib.

 

Qeyd edək ki, şirkət sentyabrın ortalarından başlayaraq yeni iPhone modellərini təqdim edəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox