AZ

Amazon-un mənfəət gəliri artıb

ad51c3d0a62b8a48c525e4be6d062280.jpg
31.07.2020 16:09

Elektron ticarət nəhəngi Amazon-un mənfəəti pandemiya zamanı artıb.

 

TED.az xəbər verir ki, Amazon şirkəti koronavirusun qarşısının alınması ilə bağlı xərclədiyi vəsaitə baxmayaraq, pandemiya zamanı mənfəəti ikiqat artırıb.

 

Karantin və bu səbəbdən yaranan böhrana baxmayaraq, il ərzində Amazon-un xalis mənfəəti 5,2 milyard ABŞ dollarına yüksəlib, bu da 2019-cu ilin göstəricilərindən ikiqat çoxdur.

 

Nəzərinizə çatdıraq ki, Amazon şirkətinin baş direktoru Jeff Bezos ilin əvvəlində investorlara xəbərdarlıq etdi ki, ikinci rübdə maliyyə itkisi mümkündür, çünki şirkət, ikinci rübün planlaşdırılan gəlirini, yəni 4 milyard ABŞ dollarını, koronavirusun qarşısının alınması üçün xərcləmək niyyətindədir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox