AZ

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla aparılacaq

 

48be6f79c32932734055ed3bb19eb74d.jpg
06.08.2020 15:40

Bu gündən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.


TED.az xəbər verir ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olması və pandemiya dövründə uçuşların məhdudluğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

 

Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür: 

 

- azal.az saytında linki vasitəsilə onlayn formanı doldurmaqla;

 

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət etməklə.

 

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox