Nazirlik peşə məktəbinə qəbul olanlara müraciət etdi

Peşə təhsili müəssisələrinə elektron qeydiyyat mərhələsində uğur qazananlar 26-31 avqust tarixlərində müvafiq sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Təhsil Nazirliyindən TED.az-a verilən məlumata görə, tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə əlavə məlumat veriləcək.
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.
25 avqust tarixində I mərhələnin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunub. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer alır.
Elm bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

