Niyə sürücülərin əksəriyyəti WAZE naviqator proqramını seçirlər?
Azərbaycanda avtomobil sürücüləri, taksi xidmətləri, xüsusilə də UBER və BOLT kimi şirkətlər ünvanlara gedərkən əsasən WAZE naviqator proqramından istifadə edirlər. Sürücülər bildirirlər ki, məhz bu proqram şəhərdə tıxacların azalmasında əhəmiyyətli rol oynayır, maşın yükünü boş yollara yönəldir. Trafik vəziyyəti real vaxt rejimində izləməyə imkan verən, sürət radarlarının yerini öyrənməyə yardımçı olan, istifadəçilərə yol şəraitindəki dəyişikliklər, maneələr, polis haqqında məlumat verən və digər istifadəçilərlə ünsiyyət qurma imkan yaradan WAZE naviqator proqramı İsrail startapçıları tərəfindən yaradılıb. 2008-ci ildə Uri Levine, proqramçı mühəndis Ehud Shabtai və Shinar bü gün bütün sürücülərin istifadəsində olan tətbiqi hazırlayıblar. Lakin 2013-cü ilin iyun ayında Google şirkəti WAZE proqramını 1,1 milyard dollar məbləğində satın alıb.
Sözügedən proqram Windows Phone, iOS, Android, Windows Mobile, Symbian və BlackBerry mobil platforma istifadəçiləri üçün əlçatandır.
Maraqlıdır ki, sürücülərin əksəriyyəti niyə WAZE naviqator proqramını seçirlər?
PEŞƏKAR şirkətinin təsisçisi, startapçı Nail Seyidov hesab edir ki, WAZE naviqator proqramının istifadəçi interfeysi olduqca rahatdır: "Bu gün Azərbaycan avtomobil sürücülərinin istifadəsində WAZE ilə yanaşı, Google Maps, Yandex, öz milli rəqəmsal naviqator proqramımız olan AzNav tətbiqləri olsa da onların çoxu WAZE proqramına üstünlük verirlər. Məncə, bu ilk olaraq sözügedən proqramın istifadəçi interfeysinin rahat olması ilə bağlıdır. Həmçinin WAZE tətbiqində cüzi data istifadə olunur. Düşünürəm ki, Google Maps funksionallıq baxımından WAZE tətbiqindən daha yaxşıdır. Amma şəxsi araşdırmamdan deyə bilərəm ki, Azərbaycanda ən çox yerli istehsal olan AzNav naviqator xidmətindən və WAZE tətbiqindən daha çox istifadə edirlər. Bunun əsas səbəbi istifadəçi interfeysinin olduqca rahat olmasıdır".
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












