Beynəlxalq Startap Yarışmasına qatılmaq üçün son gün...
Yerli startapların İslam İnkişaf Bankı Qrupunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Startap Yarışmasının milli seçim turuna müraciətin sonuncu günüdür.
TED.az xəbər verir ki, yarışmanın tələblərinə cavab verən startaplar BURAYA daxil olmaqla qeydiyyatdan keçməlidir.
Məlumat üçün bildirək ki, yarışmanın milli seçim turunda Azərbaycandan mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər və s. istiqamətlərdə 14 startapın iştirakı artıq təsdiq edilib.
Qeyd edək ki, milli seçim turuna startaplar sosial inkişaf, innovasiyalardan daha yaxşı istifadə, iqlim və ətraf mühitə təsir, məxfilik və məlumatların qorunması və startapın inkişafı kateqoriyaları üzrə qatıla bilərlər.
Yarışda iştirak üçün tələblər işçilərinin və komanda üzvlərinin sayının 20-yə qədər olması, müvafiq kateqoriyalara uyğunluq, startapın minimum prototipinin və ya ideya/layihənin işlək modelinin (software, app, web service) və mövcud istifadəçilərinin olmasıdır. Milli və beynəlxalq yarışlarda iştirak etmiş startaplara üstünlük verilir.
Sentyabrın 10-da keçiriləcək onlayn tədbirdə yerli startaplar KOBİA, İslam İnkişaf Bankı və İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət Münsiflər Heyəti qarşısında layihələrinin təqdimatını edəcək və həmin gün milli turun qalibi elan olunacaq.
Qalib startap Azərbaycanı oktyabrın 29-da Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Beynəlxalq Startap Yarışmasında 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin, İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.
Startaplar bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









