BP və “Microsoft” enerji sistemlərini rəqəmsal transformasiya edəcək
Böyük Britaniyanın enerji şirkəti BP və ABŞ-ın “Microsoft” korporasiyası enerji sistemlərinin rəqəmsal transformasiyası və karbon izinin azaldılmasına dair əməkdaşlığa başladıqlarını elan ediblər.
TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BP-nin yaydığı məlumatda deyilir.
“Tərəfdaşlığa rəqəmsal həllərin inkişafı, “Microsoft Azure”un BP-nin infrastrukturu üçün bulud xidməti kimi istifadəsinə davam edilməsi və “Microsoft”un 2025-ci ilədək bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hədəflərinə çatmasına kömək etmək üçün BP tərəfindən bərpa olunan enerji təchizatına istiqamətlənən birgə innovativ səylər daxildir”, - məlumatda deyilir.
Şirkətlər, həmçinin istehlakçıların ev enerjisindən istifadəni idarə etmək üzrə imkanlarını genişləndirmək üçün innovativ üsulların öyrənilməsi ilə məşğul olacaqlar. Bundan əlavə, karbon dioksid emissiyalarını azaltmaq yolları araşdırılacaq və BP-nin istehsalat obyektlərini modernləşdirmək üçün Əşyalar İnterneti (IoT) sahəsində həllər hazırlanacaq.
BP-dən qeyd ediblər ki, hər iki şirkət üçün aşağı karbonlu energetika daha geniş davamlı inkişafın gündəminin bir hissəsidir və şirkətlər bu sahədəki əməkdaşlığı zamanla gücləndirmək niyyətindədir.
Qeyd edək ki, BP daha əvvəl 2050-ci ilə qədər sıfır tullantılı şirkət olmaq niyyətini elan edib. Bu onilliyin sonuna qədər şirkət təxminən 50 gigavatt təmiz yenilənə bilən istehsal gücü yaratmağı, az karbonlu energetikaya illik yatırımını 10 qat artıraraq 5 milyard ABŞ dollarına çardırmağı və neft-qaz hasilatını 40% azaltmağı planlaşdırır. “Microsoft” isə yanvarda 2030-cu ilə qədər karbon tullantılarını tamamilə azaltmaq məqsədini elan edib.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










