Pos terminalların nə olduğunu belə bilməyən böyük bazarlar – Kütləvi tətbiqi üçün nə etmək lazımdır?
Pos terminalların kütləvi tətbiqi üçün əhatə dairəsini genişləndirmək lazımdır. Dövlət proqramı çərçivəsində mərhələ-mərhələ hər yerin post terminallarla təmin olunması istiqamətində işlər görülməlidir".
Bu sözləri TED.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
O bildirdi ki, təbii ki, bu yöndə son illər pozitiv addımlar atılıb və müəyyən nəticələr hasil olunub: "Ancaq Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında yerləşən böyük bazarlarda post terminallar tətbiq olunmur. Təbii ki bu da kölgə iqtisadiyyatının olmasına şərait yaradır. Eyni zamanda vergidən yayınmaya çox ciddi yol açır. Lökbatan ətrafında yüz milyonlarla dövriyyəsi olan böyük bazarlar var ki, heç birində pos terminallardan istifadə olunmur. Ticarətlə məşğul olan insanlar pos terminalın nə olduğunu bilmirlər, təsəvvürləri də yoxdu. Ona görə də əhatə dairəsini genişləndirmək lazımdır. Hər yerdə tətbiq olunmalıdır".
Ekspertin sözlərinə görə, pandemiya da bu işlərə bir qədər əngəl yaratdı: "Düşünürəm ki post-pandemiya dövründə bu məsələlərlə bağlı qəti qərarlar qəbul edib post terminalların əhatə dairəsini genişləndirmək lazımdır".
Pos terminalların olmaması və ya nağdsız ödənişi qəbul etməkdən imtinaya görə obyekt sahibinin 6 min manatadək cərimələnməsinə gəlincə isə Fikrət Yusifov hesab edir ki, bu cəzalandırmaq üçün bir vasitədir: “Təbii ki, bunun da nəticəsi olacaq. Amma meyvə bazarı, geyim və texnika ilə bağlı, kənar dairəvi yolda inşaat materialları bazarı kimi böyük ticarət dövriyyəsi olan zonalar var ki, söhbət bu məkanların işə cəlb edilməsindən gedir. Zonada ümumiyyətlə post terminal yoxdursa, onu tətbiq etmədiyinə görə heç kim cərimələnmir. Yoxsa təbii ki post terminalların olmamasına görə hər hansı market cərimələnirsə, inzibati qaydada məsuliyyətini qaldırmaq üçün yaxşı haldır".
Günel QURBANOVA
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
Huawei Pura 90 Təqdim Edildi
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
MacBook Neo 2 iPad kimi olacaq!
EA Sports Oyuna Əsl Futbolu Dərhal Gətirir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

