Koreya Gömrük İdarəsinin layihəsi ilə bağlı onlayn iclas
Sentyabrın 21-də Koreya Gömrük İdarəsinin Gömrük modernləşdirilməsi-məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib.
TED.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Koreya Respublikasının Gömrük İdarəsi Yeni Texnologiyalar və Qlobal Layihələr departamentlərinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətçiləri, eləcə də komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
İclasda sözügedən layihə müzakirə olunub, gələcək əməkdaşlıq imkanları araşdırılıb.
Koreya Gömrük İdarəsi Yeni Texnologiyalar Departamentinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətçisi Seungho Bae bildirib ki, Koreya gömrük xidməti hər il bu istiqamətdə layihə həyata keçirir, müxtəlif ölkələrin gömrük orqanlarının iş strukturlarının icra vəziyyətini analiz etməklə elektron gömrük sisteminin limiti haqqında diaqnoz verir və inkişaf yollarını göstərir.
Qeyd olunub ki, Koreyada 2022-ci ildə həyata keçiriləcək bu layihəyə Azərbaycan Respublikası da qatılmaq niyyətindədir və Azərbaycan ticarətin həcmi, gömrük mühiti və müxtəlif istiqamətlər nəzərə alınmaqla Koreya Gömrük İdarəsi tərəfindən namizəd ölkə olaraq seçilib.
S.Bae vurğulayıb ki, Koreya Gömrük İdarəsi şəffaflığı qorumaq məqsədilə bu işi dövlət orqanına deyil, informasiya-kommunikasiya texnologiyaları üzrə müstəqil mütəxəssislərdən ibarət qrupa həvalə edib və mütəxəssislər sentyabrın 14-dən başlayaraq bir ay müddətində araşdırma aparacaqlar. DGK-da isə bununla bağlı sentyabrın 21-dən etibarən bir həftə müddətində onlayn müsahibələr təşkil ediləcək.
Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinın rəisi T.Xəlilov Azərbaycan gömrük xidməti ilə əməkdaşlıq etdiklərinə görə Koreya Gömrük İdarəsi Yeni Texnologiyalar və Qlobal Layihələr departamentlərinin məsləhətçilərinə təşəkkürünü bildirib, qurumun İKT sahəsində həyata keçirdiyi yeniliklərlə bağlı məlumat verib.
Baş İdarənin rəisi DGK-da informasiya və kommunikasiya texnologiyaları üzrə layihələrin əsas strateji istiqamətlərdən biri olduğunu, son illər bu istiqamətdə müxtəlif işlərə imza atıldığını diqqətə çatdırıb.
Qeyd edilib ki, gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin asanlaşdırılması, elektron gömrük bəyannaməsinin təqdim edilməsi - kağızsız texnologiyaların tətbiqi əsas istiqamətlərdəndir.
T.Xəlilov Azərbaycanda Elektron Hökumətin əsas fəaliyyət prinsipləri və əhəmiyyəti haqqında da məlumat verib, hazırda Elektron Hökumət Portalında DGK-nın 16 xidmət təqdim etdiyini, eyni zamanda, komitənin 14 dövlət qurumu ilə informasiya mübadiləsi həyata keçirdiyini bildirib.
Daha sonra gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, VAİS-də tətbiq olunan son yeniliklərdən danışılıb, komitənin gələcəkdə İKT sahəsində yeni layihələrin həyata keçirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
İclasın sonunda DGK-nın rəsmiləri qarşı tərəfin suallarını cavablandırıblar.
TED + bölməsindən digər xəbərlər
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Xiaomi 18 Pro Max Ekranı və Kamera Təfərrüatları Açıqlandı
iPhone 18 Pro-da Dinamik Ada Kiçilməyə Bilər
WhatsApp Uşaqlar üçün Təhlükəsiz Hesablar Təqdim Edir
Xbox Rejimi Bütün Windows 11 kompüterlərinə Gəlir!
Növbəti Nəsil Xbox Alpha Versiyası 2027-ci ildə Hazır Olacaq
iOS 26.4 Beta 4-də Bütün Yeni Xüsusiyyətlər
iPhone Fold-u Unut: iPhone Ultra Gəlir!
Intel Core Series 2 Prosessorları Təqdim Edildi
Galaxy M17e iPhone 17e ilə rəqabət aparacaqmı?
iPhone Hacking Aləti Rus və Çin hakerlərinin əlinə keçdi!
Rodecaster Video Core ilə Canlı Yayımı Sadələşdirin!
DJI Osmo Pocket 4-ün Xüsusiyyətləri Necə Olacaq?
Həftənin ən çox oxunanları
Nintendo Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı!
Məşhur Xiaomi Modeli üçün Yolun Sonu!
Xbox-da Böhran: Eksklüziv Oyunlar Geri Dönürmü?
WhatsApp Premium ilə Fərdiləşdirmə Dövrü Başlayır!
Huawei Pura 90 Təqdim Edildi
Oppo Find N6 Hamar Ekranla Təqdim Edildi
Oppo Üç Yeni Model Üçün ColorOS 16 Yeniləməsini Elan Edir!
Google Tərcümə Səyahətçilər üçün İşləri Daha Asanlaşdırır
MacBook Neo 2 iPad kimi olacaq!
Apple Siri 2.0 nə vaxt gələcək? Nə təklif edəcək?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

