AZ

Çin daha bir peykini orbitə çıxardı

85f40c50a4b01b88fb23d1a8a44cb832.jpg
21.09.2020 21:55

Çin daha bir okeanoqrafiya peyki olan “HaiYang-2C”ni orbitə çıxarıb.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, peyki orbitə aparan “Long March-4B” daşıyıcı raketi Ciuçüən buraxılış məntəqəsindən yerli vaxtla saat 13:40-da səmaya buraxılıb. 


Bu, Çinin üçüncü okeanoqrafiya peykidir və əvvəlkilərlə birlikdə şəbəkə halında işləyəcək. Peyk gün ərzində və istənilən hava şəraitində okean mühitindəki dəyişiklərin monitorinqini aparacaq.


Bu, “Long March” (“Böyük yürüş”) silsiləsindən 347-ci raket buraxılışı olub. 


“HaiYang-2C” peykini və “Long March 4B” raketini Çin Aerokosmik Elmi-Texniki Korporasiyasının mütəxəssisləri hazırlayıblar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox