AZ

ÜST Rusiyaya təşəkkür etdi - VAKSİNƏ görə 

f1b48155f3ff02b20b31b3119ac0993c.jpg
21.09.2020 23:42

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı Sputnik V vaksininin hazırlanmasına görə Rusiyaya təşəkkürünü bildirir.


TED.az xarici KİV-ə istinadən bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə görüşü zamanı deyib.


O bildirib ki, ÜST Rusiyanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir.


Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirmişdi. Hazırda həmin vaksinin qeydiyyatdan sonrakı yekun sınaqları başa çatmaq üzrədir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox