Dünən üçün aktual olan texnologiya bu gün önəmini itirə bilər - AÇIQLAMA
“Hər bir qadın öz gücünə inanmalıdır. Peşə növündən asılı olmayaraq, qadınlar bu sahədə güclü mütəxəssis ola biləcəkləri barədə özünəinam formalaşdırmalıdır. Cəmiyyətin nə düşünməsindən, hansı stereotiplərə malik olmasından asılı olmayaraq, qadınlarda, ilk növbədə, özünəinam olmalıdır. Dünən üçün aktual olan texnologiya bu gün aktuallığını itirə bilər. Bunu bacarmaq üçün sürətlə dəyişən tendensiyalarla ayaqlaşmalıyıq. Bacarıqların inkişafı daimi olmalıdır”.
TED.az xəbər verir ki, bunu “SmartNation” layihəsinin rəhbəri, “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisi Şəbnəm Məmmədova deyib.
Ş.Məmmədova bildirib ki, uğura aparan əsas xüsusiyyət məqsədin olmasıdır: “Məqsədsiz uğura çatmaq real deyil. İnsan hara gedəcəyini bilməlidir. İkinci əsas faktor isə nizam-intizamdır. Məqsəd “vau” effektli ola bilər, lakin bu yolda nizam-intizam yoxdursa, istənilən nəticəyə çatmaq olmaz. Uğura aparan digər vacib amil isə komanda işidir – doğru komanda işi və kommunikasiya. Çünki ideya və məqsəd çox parlaq ola bilər, lakin əgər insanlarla və komanda ilə düzgün kommunikasiya yoxdursa, uğur gözləmək əbəsdir”.
Ş.Məmmədova hesab edir ki, son illər informasiya texnologiyaları, hətta ucqar kəndlərdə yaşayan qadınlar üçün daha əlçatan olub: “Bu, qadınların internetə, sosial şəbəkələrə, müxtəlif veb-platformalara çıxışını daha da asanlaşdırıb. Qadınların İT-yə marağı artmaqdadır və son illərdə qadınların informasiya texnologiyalarında iştirakı yönündə müsbət tendensiya müşahidə olunmaqdadır”.
“Qadınların kreativ və tənqidi düşünmə qabiliyyəti uğurun əlamətidir. Sırf texnologiyalar sahəsinə gəldikdə, qadınlar bu sahədə də bacarıqlıdır və onların uğuru tez nəzərə çarpır. Mənim həmtəsisçisi olduğum “Femmes Digitales” təşkilatı ölkədə texnologiya sahəsində fəaliyyət göstərən top menecerləri bir araya gətirir. Son altı il ərzində Bakıda və rayonlarda, ixtisas seçimi astanasında olan qızların İT sahəsinə marağının formalaşmasında, bu sahədə biliklərin, uğurun qazanmasında, ideyanın biznesə çevrilməsində və müxtəlif səpkidə mövzularda “hackathon”lar, təlimlər, seminarlar təşkil olunub”, - deyə Ş.Məmmədova əlavə edib.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









