İKT infrastrukturuna büdcədən ayrılan vəsaitin həcmi azdır – EKSPERT
“İnformasiya texnologiyaları infrastrukturuna həm dövlət büdcəsindən, həm də özəl müəssisələrdən yatırılan investisiyaların həcmi rəqəmsal texnologiyaların inkişaf etdiyi ölkələrlə müqayisədə kifayət qədər azdır”.
Bu sözləri TED.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev deyib.
Rövşən Ağayev bildirib ki, dövlət büdcəsindən rabitə və informasiya sektoruna ayrılan vəsaitin həcmi çox kiçikdir: “Bu rəqəm büdcənin yüzdə birindən bir qədər çoxdur. Yəni, 1,5 faizdən kiçik bir büdcədir. Ancaq ayrı-ayrı ölkələrdə biz rəqəmsal texnologiyalara, bütövlükdə İKT sahəsinə ayrılan vəsaitin, hətta ümumdaxili məhsulda payının 2-3 faizdən çox olduğunu görürük. Bizim ölçülərlə büdcə rəqəminə çevirəndə hardasa büdcənin 3-4 faizi qədər vəsait deməkdir. İş orasındadır ki, İnkişaf Etmiş Ölkələrlərdə (İEÖ) özəl sektor bu sahəyə daha çox investisiya yatırır.
Bilirik ki, rəqəmsal texnologiyalar üçün daha çox internetin inkişafı lazımdır. İnternet isə daha çox dövlət şirkətlərinin üzərində qurulub. Bazarın 97 faizi dövlətin 3 iri şirkətə AzTelecom, Bakı Telefon Rabitəsi, Naxçıvan Telekom-a məxsusdur. Faktiki olaraq, bütün internet şəbəkəsi bu 3 sabit şəbəkə telefon xidmətinin üzərindən inkişaf edir”.
R.Ağayev qeyd edib ki, mobil internet Azərbaycanda daha zəif inkişaf edib: “Çünki qiymətləri olduqca bahadır. Bu baxımdan dövlətin üzərində olduğu üçün özəl mənbələrdən investisiyalar azdır. Yəni mobil rabitə bazarını saymasaq, həm sabit şəbəkə telefon xidmətlərinə, həm də ki internet xidmətinə daha çox dövlətin maliyyəsi gedir. Dövlət isə büdcədən böyük vəsait ayıra bilmir”.
“Telefon şirkətləri əsasən öz daxili mənbələri hesabına, magistral şəbəkələrin qurulması ilə bağlı vəsait isə dövlət investisiya xərclərindən edilir. Ümumilikdə rabitə sektoruna ayrılan vəsait böyük deyil. İEÖ-lə müqayisədə rəqəm kiçikdir. Ayrılan vəsait də rabitə sektorunun inkişafından daha çox xidmətlərin subsidiyalaşması üçündür”, – deyə ekspert bildirib.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










