Milli onlayn təhsil platforması yaradılacaqmı? – “Teams-da toplanan məlumatı Azərbaycan idarə edir”
Azərbaycanda bütün təhsil müəssisələrində tədris Microsoft Teams platforması üzərindən aparılır. Çoxları data bazanın Microsoft-da qalmasını əsas gətirərək milli onlayn təhsil platformasının yaradılması fikrini irəli sürürlər.
Maraqlıdır, buna nə dərəcədə ehtiyac var? Ümumiyyətlə, milli onlayn tədris platforması ölkəmizə nə qazandırar?
Mövzu ilə bağlı TED.az-a danışan Microsoft Azerbaijan şirkətinin baş meneceri Qaçay Mirzəyev xatırladıb ki, platformada hər qurumun öz mühiti var: “Bu alətin Microsoft-a aid olmasına baxmayaraq, mühit Azərbaycan mühitidir. Orada toplanan bütün məlumatı Microsoft deyil, Azərbaycan idarə edir. Bu məsələdə idarəedici konkret olaraq Təhsil Nazirliyidir. Amma təhsil müəssisələrinin istifadə etdiyi alternativ platformalar da var. Onların müqayisə və analitikası nəticəsində Teams daha uyğun hesab edilib və tərəflər, təhlükəsizlik, miqyaslaşa bilən imkanlar, müəllim-şagird ünsiyyətinə daha uyğun olduğu üçün seçilib. Milli təhsil platformasının hazırlanması isə bir günün işi deyil. Yaxın gələcəkdə belə bir platforma realdır və olması gözlənilir. Amma bunu harada miqyaslaşdıracaqlar? Milyon adamı oraya necə köçürəcəklər? Bu, nə qədər xərc aparacaq?”
Q.Mirzəyev vurğulayıb ki, hazırda Təhsil Nazirliyi Microsoft Teams-dan tam pulsuz istifadə edir: “Tərəzinin bir gözünə indi əldə etdiyimiz imkanları, digər gözünə isə çəkiləcək xərclər, gözləyəcəkləri vaxt və sonradan dəstəklənmə xərcini qoyun. Bunları nəzərə alsaq, hazırda bunu obyektiv görümürəm. Düşünürəm ki, nazirliyin elə Microsoftun təmənnasız verdiyi imkanı inkişaf etdirməsi daha məqsədəuyğundur, nəinki, yenidən Amerika kəşf etməsi. Təhsil Nazirliyi Microsoftun uzunmüddətli partnyorudur. Burada qazanc güdmürük, məqsədimiz təhsilə dəstək olmaqdır. Cənab Prezidentlə olan videozəngdə də bunu öhdəlik kimi üzərimizə götürmüşük. Əməkdaşlıq davam etdiyi müddət ərzində Təhsil Nazirliyinə verilən sistem ödənişsiz olaraq qalacaq. Pulsuz və keyfiyyətli sistem əllərində olduğu halda niyə məhdud büdcələrini eyni şeyin yenisini düzəltməyə sərf etməlidirlər? Fikrimcə, Təhsil Nazirliyi bu büdcəni məzmun hazırlanmasına yönəldə bilər. Müəllimlərin keyfiyyətli məzmun hazırlamaq üçün elə də güclü imkanları yoxdur. Bacardıqları kimi dərs keçir, qeydə alıb şagirdlərə göstərirlər. Bu, bəzən keyfiyyətsiz olur. Buna görə də, büdcəni məzmun, müəllimlərin səriştəliliyi və biliyinin artırılmasına yönəltsələr daha faydalı olar”.
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










