AZ

Samsung-a yeni rəqib gəlir – Bazarın 40%-ni ələ keçirəcək

 

367250472c389f533995cde932118917.jpg
25.09.2020 12:00

Son iki ildə Samsung çevik ekranlı cihazların istehsalı ilə məşhur olsa da, artıq şirkətin ciddi rəqibi yarana bilər.

 

TED.az xəbər verir ki, BOE adlı Koreya istehsalçısı Samsung-la ciddi rəqabət şəraitində fəaliyyət göstərəcək.

 

Məlumata görə, smartfon ekranları istehsal edən BOE şirkəti 2024-cü ilə qədər OLED çevik ekran bazarının təxminən 40%-ni tutmaq niyyətindədir. 

 

Brend təmsilçilərinin sözlərinə əsasən, hazırda bazarın 20.3%-i BOE-yə məxsusdur. Bu seqmentin ümumi bazar dəyəri isə 49.7 milyard ABŞ dollardır.

 

Qeyd edək ki, mütəxəssislər çevik ekran bazarında yaranacaq rəqabət mühitinin kifayət qədər maraqlı hadisələrlə yadda qalacağını düşünürlər.
 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox