Kaspersky: əməkdaşlar öz kiber təhlükəsizlik barədə biliklərini həddindən artıq yüksək qiymətləndirir
Kaspersky və Area9 Lyceum tərəfindən Kaspersky Security Awareness proqramı çərçivəsində həyata keçirilən, ictimaiyyətə açıq olan "Pandemiya zamanı həyatda və işdə təhlükəsizlik" adlı pulsuz kursun nəticələrinə əsasən, çox sayda əməkdaş öz kiber təhlükəsizlik səriştəliliyini həddindən artıq yüksək qiymətləndirir.
TED.az xəbər verir ki, təlim almış istifadəçilərin üçdə birindən çoxu (34%) səhv qərarlar qəbul edib. Üstəlik, 90% hallarda onlar seçilmiş cavabların düzgünlüyünə şübhə etməyiblər. Bu, kursun adaptiv metodikasından* - tələbələrdən sualları cavablandırarkən biliklərinə olan inam dərəcələrini qiymətləndirməyi istəyən metodikadan istifadə edərək aşkara çıxarılıb.
Nəticədə, əksər səhvlər internet brauzerlərinin təhlükəsiz istifadəsi (45%), virtual maşınların tətbiqinin üstünlükləri (60%), həmçinin evdən işləmək üçün korporativ İT resursları (52%), xüsusən poçt, bulud məlumat bazası və s. ilə əlaqəli suallar kateqoriyasında buraxılıb. Bundan əlavə, proqramı necə düzgün şəkildə yeniləmək məsələsi də çətinlik yaradıb: iştirakçıların yarısı bunun öhdəsindən gələ bilməyib, baxmayaraq ki, səhv edən hər kəs (92%) bunun üçün lazımi bacarıqlara sahib olduğunu düşünüb.
“Şirkətlər üçün işçilərinin rəqəmsal savadlılığını artırmaq, xüsusən də bu cür biliklərin səviyyəsi yoxlamaq üçün testlər və xüsusi təlimlər keçmək vacibdir. Elə hallar olur ki, işçi informasiya təhlükəsizliyi baxımından riskli hərəkətlərdə xüsusi bir şey görmür. O, bu mövzuda tövsiyələr almaq üçün sistem administratoruna müraciət etmədən korporativ məlumatları öz şəxsi resurslarında saxlaya bilər. Bu cür davranış, tez bir zamanda vərdiş halına gələn və hətta təşkilatlar daxilində kiber insidentlərə səbəb olan “şüursuz səriştəsizlik”dir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









