AZ

İnternetsiz işləyən mesajlaşma tətbiqləri - Siyahı

05a20bc64391e2ab5d3a21fb0da8b1c5.jpg
02.10.2020 11:25

Erməni təxribatının qarşısını almaq məqsədilə ölkə ərazisində internetin məhdudlaşdırılması insanların müxtəlif tətbiqləri yoxlamasına səbəb olub.

 

TED.az internetsiz işləyən mesajlaşma tətbiqlərini təqdim edir:

 

Bridgefy internetsiz işləyən mesajlaşma tətbiqi ilk dəfə Honqkonq etirazçıları tərəfindən Çinin internetə qoyduğu senzuradan qaçmaq üçün istifadə olunub. Tətbiq bluetooth vasitəsilə çalışır. Digər tətbiqlərlə müqayisədə ən yaxşı istifadəçi interfeysi təqdim edir. Həm Android, həm də iOS istifadəçiləri üçün ödənişsizdir.

 

Briar yalnız Android istifadəçiləri üçün nəzərdə tutulub və tamamilə ödənişsizdir. Fəaliyyət göstərməsi üçün heç bir mobil internet və ya wi-fi-a ehtiyac yoxdur. Digər tətbiqlərdən daha güvənli və təhlükəsiz olması ilə fərqlənir. Biriar bluetooth texnologiyası ilə çalışır.

 

Fire Chat-ı internet əlaqəsi olmadan istənilən yerdə istifadə etmək mümkündür. Telefon əlaqəsinin mümkünsüz olduğu ərazilərdə belə işləyir. Tətbiq həm Android, həm də iOS istifadəçiləri üçün ödənişsizdir.

 

Signal Offline Messenger ən yaxşı mesajlaşma tətbiqlərindən biridir. Əsas çatışmazlığı isə iOS istifadəçiləri üçün əlçatan olmamasıdır. Tətbiqin sürəti, hətta video göndərilməsinə də imkan verir. Android istifadəçiləri üçün ödənişsizdir.

 

Vojer iPhone istifadəçiləri üçün nəzərdə tutulub və qiyməti 19,99 dollardır. Tətbiq təhlükəsizdir və anonimlik qorunur.

 

Peer Chat həm şəxslər arasında, həm də qrup yazışmalarını dəstəkləyir. Yalnız iOS istifadəçiləri üçün nəzərdə tutulub və ödənişsizdir. Bütün datalar şifrələnərək qorunur. Fəaliyyət gööstərməsi üçün internetə ehtiyac yoxdur.

 

Qeyd edək ki, bir daha istifadəçiləri hərbi sirr daşıyan, hərbi texnikanı əks etdirən məlumatları ötürməməyə çağırırıq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox