Ermənistan kimi quldur və terrorist ölkəyə hədiyyə edilən balistik raket – Gəncəyə atılan ELBRUS HAQQINDA
Nüvə başlığı daşıya bilən ballistik raketlərdən biri də keçmiş SSRİ tərəfindən istehsal olunan Skaddır. İstehsal olunmuş versiyasının ilk adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır.
TED.az-ın məlumatına görə "Skad" raketin NATO kod adıdır. "Skad" seriyasının ilk ballistik raketi R-11 1951-ci ildə dizayn olunub. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket keçmiş SSRİ mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb.
R-17 Elbrus (Skad B) isə 1961-ci ildə təqdim edilib. 1964-cü ildən isə silahlanmaya qəbul olunub. 1970-ci illərdən isə R-300 olaraq adlandırılır. Seriyanın ən çox istehsal olunmuş variantıdır (7000). Taktiki ballistik raket 32 ölkəyə ixrac olunub, həmçinin 4 ölkə bu raketin bu versiyasından istehsal edib.
Skad B raketinin uzunluğu 11,25 m, genişliyi 0,88 m, ağırlığı 5896.8 kq, uçuş məsafəsi 300 km-dir.
Skad raketi döyüşlərdə istifadə olunmuş az raketlərdən biridir. Almaniya istehsalı V-2 raketindən sonra ikinci ən çox istifadə olunan ballistik raketdir. Bu raketdən ilk dəfə 1973-cü ildə Misir tərəfindən İsrailə qarşı istifadə olunub. Nəticədə 7 nəfər İsrail hərbçisi həlak olub.
1986-cı ildə ABŞ-ın hava zərbələrinə cavab olaraq Liviya İtaliyanın Lampesuda adası yaxınlığında yerləşən ABŞ Sahil Mühafizəsinin naviqasiya stansiyasına 2 ədəd Skad raketi atıb, lakin raketlər hədəfə çatmayıb. Bundan başqa İran-İraq müharibəsində, Əfqanıstan vətəndaş müharibəsi, Çeçen müharibələrində skad raketlərindən istifadə olunub.
Əlcəzair, Konqo Demokratik Respublikası, Misir, İran, Suriya, Vyetnam kimi cari istifadəçiləri olan bu ballistik raket Ermənistan kimi cılız ölkəyə onu pulsuz silahlandıran ölkələr tərəfindən təqdim olunub. Hazırda Ermənistanın silahlanmasında 8 buraxıcı qurğu və 32 raket mövcuddur.
Cenevrə konvensiyasının tələblərini dəfələrlə kobud şəkildə pozan mənfur düşmən 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə nüvə başlığı daşıya bilən R-17 Elbrus (Skad B) raketi atılıb. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








