AZ

Google şirkəti 20 milyondan çox yüklənən bir neçə Android tətbiqini silib 

c9baf1bf106b3c2d0bf771cdc24913ef.jpg
26.10.2020 10:00

Bu tətbiqlər azyaşlı istifadəçilərin məlumat təhlükəsizliyini riskə atıb. 


Google şirkəti azyaşlı istifadəçilərin məlumat təhlükəsizliyini riskə atan üç populyar Android tətbiqini Google Play mağazasından çıxarıb. 

 

TED.az xəbər verir ki, bu tətbiqlər sırasına Princess Salon, Number Coloring və Cats & Cosplay daxildir.


Tətbiqlərin ümumi yükləmə sayı 20 milyonu keçib. 

 

Qeyd edək ki, sözügedən proqramlar 

 

Beynəlxalq Rəqəmsal Hesabat Şurası (IDAC) tərəfindən tətbiqlərin Google-un məlumat toplama siyasətini pozduğuna dair şikayətindən sonra Google Play-dən silinib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox