Türkiyənin ən öldürücü silahı sürü halında Qarabağa göndəriləcək - Karqu PUA-lardan düşmənə qaçış yoxdur
Azərbaycanın tarixi ərazilərini separatçılıq yolu işğal altında saxlamaq istəyən məkrli düşmən 30 ilə yaxındır ki, müxtəlif müdafiə sistemləri qurub. Ancaq müasir döyüş texnikası ilə düşmənin istənilən müdafiə xəttini yarmağa qadir olan ordumuzun silahlanmasına daha effektiv mübarizə üçün Türkiyənin Karqu (Avtonom Dönər Qanadlı Vurucu PUA) dronları da əlavə olunacaq.
TED.az-ın məlumatına görə, Karqu kiçikölçülü, üzərində silah daşıya bilən drondur. Mənası "dağ başındakı müşahidə qülləsi", və ya "qırğı" deməkdir. “Dönər qanadlı kamikadze dron" olaraq da adlandırılır. Avtonom və ya uzaqdan pult ilə işləyə bilir. Xüsusi özəlliyi ondan ibarətdir ki, assimmetrik əməliyyatlarda və döyüşlərdə riskli bölgələrə daxil ola bilir və əsgərlər daxil olmadan öncə bölgəyə girərək təhdidləri aradan qaldırır. Gecə və gündüz fəal əməliyyat aparma, hərəkət edən hədəflərə yönlənmə xüsusiyyətlərinə malikdir. Hansısa idarəetmə mərkəzinə ehtiyac duymur. Meydandakı əsgər tərəfindən rahatlıqla istifadə olunur.
Həmin dronlar vasitəsilə hərbi əməliyyatlar insan itkisini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda düşmənin texnika və canlı qüvvəsinin neytrallaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti tərəfindən tamamilə yerli imkanlar daxilində istehsal olunmuş "Karqu” adlı kamikadze dronların bu ilin mart ayında Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilməsi və bununla da sözügedən dronların Azərbaycan ordusunda da peyda ola biləcəyi ehtimalı Ermənistanı çox böyük qorxuya salmışdı.
5 km məsafədən idarə oluna bilən fırlanan qanadlı vurucu PUA-ların vəzifə müddəti 10 dəqiqə, maksimum hündürlüyə qalxma məsafəsi 1000 metrdir. Çəkisi 6,285 qram olan bu pilotsuz uçuş aparatları 72 km/ saat-a qədər sürətlə hərəkət edə bilir. Sistem "Vurucu Dönər Qanadlı PUA” və "Yer Nəzarət Məntəqəsi" komponentlərindən ibarətdir. Özünü məhvetmə qabiliyyəti ilə yanaşı, hədəfi də tənzimlənən yüksəklikdə məhv edə bilir.
PUA həm tək, həm də sürü halında istifadə edilir. Sürüdə hərəkət edərkən, digər Karqu vasitələri ilə formalaşma uçuşu meydana gətirir.
PUA-nın sürü halında hücum etməsi onun Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsini müşkülə çevirir.
Qeyd edək ki, Türkiyə Ordusu Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd rejiminə qarşı bu dronlardan məharətlə istifadə edib. Rusiyadan alınan ən son müdafiə sistemləri belə bu dronların qarşısında aciz qaldı.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










