AZ

ABŞ Huawei ilə əməkdaşlıq üçün bəzi şirkətlərə icazə verdi

7e34c1844fc90d4b35635c35959684b0.jpg
30.10.2020 10:41

Bir neçə mənbə Samsung və Sony şirkətlərinin Huawei ilə əməkdaşlıq üçün ABŞ-dan lisenziya aldığını açıqlayıb.

 

TED.az xəbər verir ki, məlumata görə, bu icazə Samsung Display-in yalnız bəzi ekran panellərinin satışını əhatə edəcək. Əməkdaşlıq nəticəsində şirkət istehsal etdiyi ekranları Huawei-ə sata biləcək. Amma satışın OLED panellərinə aid olub-olmayacağı bəlli deyil. Digər versiyaya görə, bunun üçün ayrıca lisenziya tələb olunur.

 

Sony ilə əməkdaşlıq nəticəsində isə Huawei-ə kamera sensorlarının satılması gözlənilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox