AZ

Xiaomi-nin ilk qatlanan modeli barədə YENİ DETALLAR

4faa99c67dc7d77f5f7aee9b668e5c10.jpg
02.11.2020 20:58

Xiaomi-nin ilk qatlanan modelinin təqdimat tarixi dəqiqləşib.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən model Çinin China Star şirkəti tərəfindən istehsal ediləcək. Telefonun 8 düymlük OLED ekrana sahib olduğu deyilir. 


Məlumatda o da qeyd olunur ki, smartfon 2021-ci ilin baharında rəflərdə yerini alacaq. 


Bütün bunlarla yanaşı, modelin adı və digər detalları hələlik gizliliyini qoruyur. 


Qeyd edək ki, Xiaomi qatlanan telefon bazarına rəqiblərilə müqayisədə gec addım atıb. Bütün bunlara rəğmən şirkət böyüklüyünə görə sözügedən bazarda 3-cü sırada qərarlaşıb. Birinci və ikinci pillədə Samsung və Huawei yer alır. Apple isə dördüncü yerdədir. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox