AZ

Qarabağ məsələsinin həlli bizim üçün daxili təhlükəsizlik baxımından vacibdir - PUTİN

ff309f685386b41034a2e261b928c6c4.jpg
20.11.2020 21:54

“Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir, Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq bunlar bizim üçün boş sözlər deyil”.


TED.az rus KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyası ilə bağlı keçirilən iclasda deyib.


V.Putin Rusiyanın Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələrə malik olduğunu qeyd edib. 


“Bunun bizim üçün daxili siyasi ölçüsü də var və daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından böyük maraq doğurur”, - o bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox