AZ

Samsung 2021-ci ilin ilk smartfonlarını təqdim etdi - QİYMƏTLƏR 

 

2ae6e927753b702f969b16a5e566583a.jpg
25.11.2020 10:16

Ucuz Galaxy A12 və Galaxy A02s gələn il satışa çıxarılacaq. 

 

Samsung Electronics 2021-ci ildə satışa çıxarılacaq ilk smartfonlarını, ucuz Galaxy A12 və Galaxy A02-ləri təqdim edib.

 

Galaxy A12 yanvar ayında 64 GB versiyası üçün 179 avro, 128 GB versiyası üçün 199 avro qiymətlərlə Avropada satışa çıxarılacaq. Galaxy A02s satışa daha sonra, fevral ayında başlayacaq. Qiyməti isə 150 avro olacaq.

 

TED.az xəbər verir ki, Galaxy A12 6,5 düymlük HD + TFT ekran, 8 meqapiksellik ön kamera, 48 meqapiksellik əsas sensorlu dördqat arxa kamera, 5 meqapiksellik ultra geniş açılışlı modul, 2 meqapiksellik makro və 2 meqapiksel dərinlik sensoru ilə təchiz olunub. Batareya 5000 mAh tutuma malikdir və 15W enerjini dəstəkləyir. Barmaq izi skaneri yan tərəfdə yerləşir. 3-6 GB RAM və 32, 64 və ya 128 GB daxili flaş yaddaşa sahibdir. Ölçüləri 164x75.8 x 8.9 mm, çəkisi 205 qr.

 

Galaxy A02s-də barmaq izi skaneri yoxdur. Digər fərqlər arasında 5MP ön kamera, 13MP, 2MP və 2MP sensorlu üçqat kamera, səkkiz nüvəli SoC 1.8Hz (ehtimal olunur ki, Snapdragon 450), yalnız 3GB RAM və 32GB flaş yaddaşı var.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox