Hər il onlarla can alan dəm qazı təhlükəsi - Detektorlar niyə məcburi quraşdırılmır?
Havaların soyuması ilə xeyli can alan dəm qazı təhlükəsi yenidən gündəmə gəlib. Əksər mütəxəssislər problemin həllini mənzillərə detektorların məcburi quraşdırılmasında görürlər.
Bəs dəm qazını aşkarlayan cihazların kütləvi quraşdırılması ilə bağlı nə kimi işlər görülür?
Mövzu ilə bağlı TED.az-a danışan “Azəriqaz” Istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, qurum vətəndaşlara detektorların fərdi yaşayış evlərində quraşdırılmasını məsləhət görür: "Bunlar satışda var. Qiyməti isə 15 manat civarındadır. Amma detektorlar iki cür olur. Bunlardan biri təbii qazın sızmasını qeydə alır. Tutaq ki, mətbəxdə qaz sobası açıq qalıb və təbii qaz sızması baş verib.
Digər isə dəm qazı ilə bağlı detektorlardır. Dəm qazı natamam yanmış məhsuldur. Bunlar adətən hamam otaqlarında olur. Onun detektoru da fərqlidir".
Ceyhun Səfərov vurğulayıb ki, bina evlərində qazlaşma işlərini həyata keçirən mənzil kooperativləri layihələrini təqdim edəndə onlara detektorların qoyulmasını öz layihələrinə əlavə etmək tövsiyə olunur. Bəzən isə bu tələb edilir.
Mənzillərdə dəm qazını aşkarlayan cihazların quraşdırılmasına nəzarət necə həyata keçirilir sualına isə şöbə müdiri belə cavab verib: "Bunun monitorinqini aparmırıq. Çünki mənzildaxili texniki baxış işlərini Azəriqaz Istehsalat Birliyi həyata keçirmir. Qanunvericilikdəki dəyişiklikdən sonra mənzildaxili texniki baxış işlərini Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinin müvafiq qurumları həyata keçirir".
Günel QURBANOVA
TED + bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










