İnnovasiyalar Agentliyi yerli startapları ABŞ və Çin bazarına çıxaracaq - AÇIQLAMA

"Keçən iki il ərzində İnnovasiyalar Agentliyinin mübadilə proqramları əsasən ABŞ, İsrail, Hindistan, Ukrayna, Macarıstan, Belarus və BƏƏ ölkələrində həyata keçirilib".
Bu barədə TED.az-a açıqlamasında Azərbaycan İnnovasoya Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, mübadilə proqramlarında əldə olunmuş təcrübə əsasən startapların inkişafina yönləndirilib: "Həm İKT, həm də innovativ həllər sahəsində mübadilə proqramları zamanı əldə olunmuş təcrübə əsasında yeni məhsullar üzərində işlər başlanmış, yerli layihələrin xarici şirkətlərlə əməkdaşlıq münasibətləri qurulmuş, müqavilələr imzalanıb. Buna nümunə olaraq, Zərbə, IQrex, Custom AR, Vriendly, Virtual Cərrahiyyə startap layihələrini göstərmək olar".
Hansı ölkələrlə bu kimi mübadilə proqramlarının həyata keçirilməsi planlaşdırılır sualına gəlincə, Agentlikdən bildirib ki, 2021-ci il ərzində İKT və yüksək texnologiyalı layihələrin inkişafı, digər bazarlara inteqrasiya yolları ilə tanışlıq, eləcə də uyğunlaşdırma üçün ilkin olaraq əsasən dörd istiqamətdə mübadilə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub: "İlin sonunadək başqa mübadilə proqramları da planlaşdırılır. Birincisi, ABŞ mübadilə proqramı, yəni layihələri Birləşmiş Ştatlarda olan maliyyə institutları və onların geniş bazar və bazarlama imkanları ilə tanış etmək məqsədi daşıyan mübadilə proqramı. İkincisi, Çin mübadilə proqramı. Layihələri Çində olan böyük bazarda iş prinsipləri, layihələrin inkişafı ilə İnnovativ həllərin inteqrasiya, tətbiqi və birgə layihələrin həyata keçirilməsi məqsədli mübadilə proqramıdır. Üçüncüsü, Koreya mübadilə proqramı. Burada layihələri uzun müddətli planlama, hazırlıq mərhələlərini elmi təhqiqat əsasında aparılması və gələcəyə baxış sahələrində tanışlıq məqsədilə nəzərdə alınıb. Dördüncüsü isə İsrail və Avropa ölkələri ilə birgə mübadilə proqramlarında inkişaf proqramların tətbiqi və layihələrin inteqrasiya baxımında səmərəli nəticə alınması üçün vacib rolları olacaq".
Zeynəb ƏKBƏR
Startaplar bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

